Azərbaycan qolfçuları Fransanın paytaxtı Parisdə keçirilmiş “Paris Invitational 2026 USKIDS” turnirində iki medal qazanıblar.
Bu barədə Futbolinfo.az-a Azərbaycan Qolf Federasiyasından məlumat verilib.
Qrup formatında keçirilən yarışda Emin Rzayev ilə Tural Vəlizadə ikinci yeri tutaraq gümüş mükafata sahib çıxıblar.
Fərdi proqramda isə Emin Rzayev bürünc medal qazanıb.
