MBA-nın ulduz basketbolçusu Lebron Ceymsin növbəti mövsümdən hansı komandada çıxış edəcəyi hələ də ABŞ idman ictimaiyyətinin əsas müzakirə mövzularından biridir.

Hazırda “Klivlend Kavalyers”, “Mayami Hit” və “Filadelfiya Seventi Siksers” 41 yaşlı forvardı heyətinə qatmağa ən real namizədlər hesab olunur.

Qeyd edək ki, Lebron Ceyms son 8 mövsümü keçirdiyi “Los-Anceles Leykers”lə müqaviləsini uzatmamaq qərarına gəlib. Bildirilir ki, təcrübəli basketbolçu son həftələrini ailəsi ilə istirahətə və qolf oynamağa həsr edib.

Shares: