“Qarabağ”ın sabiq futbolçusu Julio Romaonun Ağdam klubuna qayıtmayacağı dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Rusiyanın “Axmat” klubuna keçib.
28 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Romao Ağdam klubundan 2025-ci ilin fevralında Macarıstanıın “Ferentsvaroş” komandasına transfer edilmişdi. O, bugünlərdə “Ferentsvaroş”dan ayrılmışdı və Ağdam klubuna dönəcəyinə dair ehtimallar var idi. Amma futbolçu Rusiyadan gələn təklifi müsbət dəyərləndirib.
