Ötən mövsüm başa çatdıqdan sonra “Sabah”dan ayrılan Yesse Sekidikanın yeni komandası müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, nigeriyalı vinger karyerasını Cənubi Koreyada davam etdirəcək.
Azad agent statusu daşıyan 29 yaşlı ön xətt oyunçusu “Kanvon” klubu ilə müqavilə imzalayıb. Bu keçid çoxdan bəlli olsa da, yalnız dünən rəsmiləşib.
Cənubi Koreya mətbuatında bu transfer sayəsində K Liqa 1 çempionatında “Kanvon”un hücum xəttinə əlavə güc qatılacağı yazılıb.
Qeyd edək ki, Yesse Sekidika 2023-cü ildən bəri “Sabah”ın formasını geyinib.
