“Araz-Naxçıvan”ın əvəzedici heyətindən əsas komandaya cəlb edilən İbrahim Piriyev İstanbul şəhərindəki Türkiyə xəstəxanasında qasıq yırtığından əməliyyat olunub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa komandasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tanınmış həkim Hasan Taşçı tərəfindən uğurla icra edilən əməliyyatdan sonra bu gün evə buraxılan yarımmüdafiəçi 3 həftə sonra məşqlərə başlayacaq.

d32a1950 43e7 4b1e ac0e db79f4006529 - Futbolinfo.az
Shares: