Şahmat üzrə dünya çempionu, rusiyalı Vladimir Kramnik bolqarıstanlı qrossmeyster Veselin Topalovun psixiatrik müayinədən keçməsi ilə bağlı çağırışına sərt cavab verib.
Kramnik sosial şəbəkə hesabında yazıb: “Gəl bunu birlikdə edək, Veselin. Deyəsən, buna məndən də çox sənin ehtiyacın var. Sonra isə şahmat oynayarıq, səni əqli geriliyi olan rəqibə uduzduraram, razısan? Necə də təlxəksən…”
Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika Komissiyası etika kodeksini pozduğuna görə Vladimir Kramniki bir il müddətinə diskvalifikasiya edib. Bu qərar Kramnikin çexiyalı David Navara və amerikalı Deniel Naroditskini heç bir sübut təqdim etmədən saxtakarlıqda ittiham etməsi, həmçinin FIDE-nin Ədalətli Oyun Komissiyasının araşdırması ilə əməkdaşlıqdan imtina etməsi səbəbindən qəbul olunub.
