“Şəfa” yeni transfer gerçəkləşdirib.
Futbolinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi yarımmüdafiəçi Musa Quelini heyətinə qatıb. 27 yaşlı fransalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Musa son olaraq Şimali Makedoniyanın “Tikves” klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə “Samsunspor”un, Fransada isə “Dankerk”, “Red Star”, “Valansyen” və “Loryan” klublarının formasını geyinib.
“Şəfa” daha öncə Məmməd Hüseynov, Arsen Ağcabəyov, Rauf Hüseynli, Nicat Mehbalıyev, Murad Musayev, Vlad Marian Pop, Andrey Fernando Draqu və Dilan Mertensi də heyətinə qatıb.
