Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” komandası Fransanın paytaxtı Parisdə keçirilən “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku 2026” turnirinin finalına vəsiqə qazanıb.
Futbolinfo.az xəbər verir ki, milli komandamız yarımfinalda Kotdİvuar yığmasını 6:0 hesabı ilə məğlub edib.
Digər yarımfinal qarşılaşmasında ABŞ millisi Honq Konq yığmasına 5:0 hesabı ilə qalib gəlib. Beləliklə, Azərbaycan komandası həlledici görüşdə ABŞ kollektivi ilə qarşılaşacaq.
