Paraqvay Senatı Fransa millisinin hücumçusu Kilian Mbappeyə qarşı irqçi ifadələr işlədən senator Seleste Amarilyanı rəsmi qətnamə ilə qınayıb.

Qərar Senatın yuxarı palatasında təxminən beş saat davam edən müzakirələrdən sonra səs çoxluğu ilə qəbul olunub. Qətnamədə Paraqvay Senatı irqçilik və ayrı-seçkiliyin bütün formalarını qətiyyətlə rədd etdiyini bəyan edib.

Xatırladaq ki, Amarilya daha əvvəl Mbappe barədə təhqiramiz fikirlər səsləndirmiş, həmçinin 2026-cı il dünya çempionatının 1/8 final oyunundan sonra Paraqvay millisinin futbolçularını ona sillə vurmamaqda qınamışdı. Fransa yığmasının hücumçusu bu açıqlamalara münasibət bildirib, Fransa Futbol Federasiyası isə məsələ ilə bağlı prokurorluğa müraciət edib.

Shares: