Milli Basketbol Assosiasiyası futbol üzrə dünya çempionatının finalı günlərində Avropa divizionunun yaradılması ilə bağlı danışıqlar aparmağı planlaşdırır.

Liqanın komissarı Adam Silver iyulun 19-da Nyu-Yorkda Avropa klubları və sponsor qruplarının nümayəndələri ilə görüşəcək. Həmin nümayəndələr İspaniya və Argentina milliləri arasında keçiriləcək dünya çempionatının finalı öncəsi şəhərə gələcəklər. Silver bildirib ki, layihə plan üzrə irəliləyir və Avropanın bir çox şəhərindən, o cümlədən əvvəllər müraciət etməyən məkanlardan böyük maraq var.

Hazırda isə ilk şəhərlər qrupunun müraciətləri razılaşdırılır. Daha əvvəl MBA-nın Avropa divizionunun 2027-ci ilin payızında fəaliyyətə başlamasının nəzərdə tutulduğu açıqlanmışdı.

Shares: