UEFA “Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Belarusun “Dinamo” (Minsk) komandasına qarşı keçirəcəyi oyununun vaxtını dəyişib.

Futbolinfo.az xəbər verir ki, iyulun 23-də keçirilməli olan bu görüş bir gün əvvələ keçirilib.

Buna ayın 23-də Azərbaycanın avrokuboklardakı digər təmsilçisi “Qarabağ”ın da Bakıda ev oyunu keçirməsidir. Ağdam klubu Avropa Liqasının 2-ci raundunda Bolqarıstanın ÇSKA (Sofiya) kollektivini qəbul edəcək.

UEFA-nın qaydalarına görə bir gündə eyni şəhərdə iki avrokubok oyunu keçirilməsi məqsədəuyğun sayılmır. Bu üzdən də sözügedən qurum “Neftçi”nin ev oyununu bir gün öncə – iyulun 22-də keçirilməsinə qərar verib. “Palms Sports Arena”da baş tutacaq oyuna saat 20:00-da start veriləcək.

Shares: