UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – KuPS oyunu öncəsi təşkil ediləcək açıq məşqlərin və mətbuat konfranslarının vaxtları bəlli olub.
Futbolinfo.az xəbər verir ki, “Sabah”ın oyun öncəsi mətbuat konfransı iyulun 20-də, saat 17:30-da Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasının zalında baş tutacaq.
Komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə həmin gün saat 18:15-də “Sabah” Futbol Mərkəzində keçiriləcək.
KuPS-in oyun öncəsi mətbuat konfransı iyulun 20-də saat 17:00-da, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 18:00-da, “Bank Respublika Arena”da baş tutacaq.
“Sabah” – KuPS oyunu iyulun 21-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.
