Böyük Britaniyanın Liberal Demokratlar Partiyasının lideri, İcmalar Palatasının üzvü Ed Deyvi Argentina millisinin futbolçularına siyasi şüara görə sanksiya tətbiq edilməsinə çağırış edib.

Buna səbəb Argentina yığmasının DÇ-2026-nın yarımfinalında İngiltərəni 2:1 hesabı ilə məğlub etdikdən sonra qələbəni üzərində “Malvin adaları argentinalılara məxsusdur” sözləri yazılmış bannerlə qeyd etməsi olub.

Ed Deyvi sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, FIFA bu məsələdə ardıcıl mövqe sərgiləməlidir: “2024-cü ilin avqustunda Rodri və Alvaro Morata “Cəbəllütariq İspaniyadır” şüarını səsləndirdiklərinə görə haqlı olaraq bir oyunluq cəzalandırılmışdılar. İndi isə “Malvin adaları argentinalılara məxsusdur” banneri ilə qələbəni qeyd edən Argentina futbolçuları da dünya çempionatının finalından kənarlaşdırılmalıdır”.

Daha əvvəl isə FIFA-nın Argentina millisinin nümayiş etdirdiyi siyasi məzmunlu bannerlə bağlı hər hansı sanksiya məsələsinə dünya çempionatı başa çatdıqdan sonra baxacağı açıqlanmışdı.

Shares: