Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb.
O, Çempionlar Liqasının təsnifat mərhələsində “Srvena Zvezda” (Serbiya) – “Larn” (Şimali İrlandiya) cavab görüşünü idarə edəcək.
Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. VAR hakimi Kley Ruperti (Niderland), onun köməkçisi isə Nicat İsmayıllı olacaq.
Qeyd edək ki, iyulun 29-da Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
