“Qarabağ”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Vestri” ilə səfər oyununun statistikası açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 3:0 hesablı qələbə qazandığı görüşdə böyük üstünlüyə malik olub.
İslandların qarşılaşma ərzində 3 zərbəsinə təmsilçimiz düz 13 dəfə qarşılıq veriblər. Bunun isə 6-sı “çərçivə”yə doğru ünvanlanıb. Bir sözlə, “Vestri” 3 cavabsız qolla məğlub olmasına sevinməlidir.
“Vestri” yalnız oyundankənar vəziyyət və cərimə zərbələrinin sayında Azərbaycan komandasını qabaqlayıb.
“Vestri” – “Qarabağ”
Qollar – 0:3
Zərbələr – 3:13
“Çərçivə”yə zərbələr – 2:6
“Çərçivə”yə düşməyən zərbələr – 1:7
Bloklanan zərbələr – 0:0
Künc zərbələri – 1:13
Oyundankənar vəziyyət – 1:0
Cərimə zərbələri – 9:6
