“Neftçi”nin oyun sxemi və futbolçuları barədə müəyyən təsəvvürümüz var”. Futbolinfo.az xəbər verir ki, bunu Minsk “Dinamo”sunun baş məşqçisi Aleksandr Şaqoyko UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri “Neftçi” barədə danışarkən deyib.
Belaruslu mütəxəssis Azərbaycan klubuna qarşı hazırlıq gördüklərini bildirib: “Biz yalnız mərhələni keçəndən sonra hazırlaşmağa başlamırıq, hazırlığı əvvəlcədən aparırıq. Təbii ki, indi “Neftçi”ni daha dərindən təhlil edəcəyik. Qarşılaşmaya hazırlaşacağıq. Bunun üçün çox vaxtımız yoxdur, ona görə də mümkün qədər səmərəli işləməliyik”.
Qeyd edək ki, “Neftçi” ilə “Dinamo” arasında ilk oyun iyulun 22-də Bakıda, cavab qarşılaşması isə iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində oynanılacaq.
