“Qəbələ” yeni futbolçu ilə anlaşıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi Bruno Silvanı heyətinə cəlb edib. Portuqaliyalı vingerlə 1+1 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı futbolçu son olaraq vətənində “Oliveyrense” klubunda çıxış edib.

Qeyd edək ki, Silva daha əvvəl “Vilaverdense” (Portuqaliya) və “Jenis” (Qazaxıstan) klublarının şərəfini qoruyub.

Shares: