“Sabah”ın futbolçusu Aron Maluda karyerasını İsveçrənin “Bazel” klubunda davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə nüfuzlu “Ekip” nəşri məlumat yayıb.
Xəbərdə artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. Azərbaycan çempionu fransalı vingerin satışından 2,8 milyon İsveçrə frankı (təxminən 3 milyon avro) gəlir əldə edəcək.
Əldə etdiyimiz məlumata görə, bu, tam doğru xəbərdir. Maludanın İsveçrə klubuna keçidi ən yaxın zamanda rəsmən açıqlanacaq.
Qeyd edək ki, Aron Maluda 2025-ci ilin yayında “Lill”dən “Sabah”a keçib. 20 yaşlı futbolçu Masazır təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
