Bu gün Bakı Kitab Mərkəzində Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markasının təqdimat mərasimi keçirilib.

Futbolinfo.az xəbər verir ki, tədbirdə Milli Paralimpiya Komitəsinin və “Azərpoçt” MMC-nin rəhbərliyi, paralimpiyaçılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eləcə də Vətən müharibəsində həlak olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın ilk paralimpiya çempionu İlham Zəkiyev çıxışında bu kimi tədbirlərin və təbliğat xarakterli materialların ölkənin paralimpiya hərəkatının keçdiyi inkişaf yolunun təbliğinə, paralimpiya hərəkatının və inklüzivliyin təşviqinə mühüm töhfə verəcəyini vurğulayıb.

“Azərpoçt”un Marka şöbəsinin müdiri, Ümumdünya Filateliya İnkişafı Assosiasiyasının sədri Sitarə Hüseynova qeyd edib ki, 9 paraidman növünü özündə əks etdirən marka Paralimpiya və Milli Paralimpiya hərəkatımıza həsr olunmuş ilk poçt markasıdır.

Təqdimat zamanı poçt markasının dizaynı və üzərində əks olunan elementlər barədə iştirakçılara ətraflı məlumat verilib. Ardınca Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası və xüsusi zərf təqdim edilib.

Tədbirin növbəti hissəsində “Azərpoçt”un İdarə Heyətinin üzvü Şaiq Qəribzadə və Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov tərəfindən markanın və zərfin xüsusi mö

Shares: