Azərbaycan yığmasının müdafiəçisi Toral Bayramov Türkiyə 1-ci Liqasında növbəti oyuna çıxıb.
Futbolinfo.az xəbər verir ki, onun formasını geyindiyi “Bursaspor” 3-cü turda “Karagümrük”ün qonağı olub və 1:2 hesabıyla uduzub.
Toral oyuna start heyətdə başlayıb, 17-ci dəqiqədə sarı vərəqə alıb və fasilədə əvəzlənib.
“Bursaspor” yeni mövsümdə ilk məğlubiyyətini alıb və hazırda 6 xalla 3-cüdür.
