2024-cü il olimpiya çempionu, amerikalı atlet Masai Rassel 100 metr məsafəyə maneələrlə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

O, Sürixdə keçirilən “Brilliant Liqa” mərhələsində məsafəni 12,09 saniyəyə qət edib. Əvvəlki dünya rekordu 12,12 saniyə olub və Nigeriya təmsilçisi Tobi Amusan bu nəticəni 2022-ci ildə dünya çempionatında göstərib.

Sürixdə Amusan 12,23 saniyə nəticə ilə ikinci yeri tutub. Niderlandlı Nadin Visser isə 12,34 saniyə ilə ilk üçlüyü tamamlayıb.

Shares: