Macarıstan çempionatında 6-cı tur yekunlaşıb.
Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” öz meydanında “Dyor”la xal bölüb.
Nuriyev meydana 70-ci dəqiqədə, hesab 1:1 olarkən daxil olub. Onun səyləri hesabı dəyişməyə yetməyib.
Bu nəticədən sonra “Kişvarda” 6 xalla 10-cu yerdədir.
