Misli Premyer Liqasında 2026/27 mövsümünün 3-cü turu çərçivəsində “Araz-Naxçıvan” Sabah”a 0:1 hesabı ilə məğlub olub.
Futbolinfo.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Zaur İsmayılov oyundan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
“Sabah”ı UEFA Çempionlar Liqasındakı uğurlu çıxışı və Liqa mərhələsinə yüksəlməsi münasibətilə təbrik edir, uğurlar arzulayıram. Özümüzə gəldikdə, “Neftçi” ilə oyunda müdafiə planında kobud səhvlərə yol verdik, rəqibin fərqlənməsi üçün imkanlar yaratdıq. Bugünkü oyunda da müdafiədə kobud səhvə yol verdik, həmin səhv də rəqibin hesabda önə keçməsinə səbəb oldu. Halbuki müdafiə planında düzgün oynayır, yaxşı müdafiə olunurduq. Növbəti oyunlara hazırlaşacağıq. Komandamızın potensialı böyükdür. Oyun planında inkişaf etməliyik. İnanıram ki, komanda olaraq qarşıya qoyulan məqsədə çatacağıq”.
