“Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, PSJ-nin 18 yaşlı hücumçusu İbrahim Mbaye karyerasını İngiltərədə davam etdirəcək. Seneqallı futbolçu “Aston Villa”ya keçib.

Mbaye Birmingem təmsilçisi ilə müddəti 5 il olan müqavilə imzalayıb. Transferin məbləğinin isə 55 milyon avro olduğu bildirilir.

PSJ-nin yetirməsi olan Mbaye Paris klubunun əsas komandasında bütün turnirlərdə 42 oyuna çıxıb, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Shares: