“Sabah” sosial şəbəkə hesablarında növbəti transferin anonsunu verib.

Futbolinfo.az xəbər verir ki, futbolçunun adı açıqlanmasa da, paylaşılmış tatu fotosunda bunun Rusiyanın “Zenit” klubunun yarımmüdafiəçisi Du Keyrosa məxsus olduğu görünür.

O, icarə əsasında Azərbaycanın “Sabah” klubuna keçib. Bu barədə “Sport-Express” nəşri hələ bir neçə gün öncə məlumat yaymış və bu xəbəri sizinlə də paylaşmışdıq.

“Sabah” braziliyalı oyunçunu icarəyə götürüb. Tezliklə bu keçidin rəsmən açıqlanması gözlənilir.

Du Keyros peşəkar karyerasına “Korintians”da başlayıb. O, 2023-cü ildən “Zenit”dədir. Yarımmüdafiəçi bu müddətdə Braziliyaya qayıdaraq “Qremio” və “Sport Resifi”də icarədə olub.

26 yaşlı braziliyalı futbolçu ötən mövsümü “Orenburq”da icarə əsasında keçirib. O, bütün turnirlərdə 29 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Без имени 1 - Futbolinfo.az
Shares: