“Qarabağ”dan ayrılıb Malayziyanın “Yohor Darul Tazim” (Johor DT) klubuna keçən Dani Bolt yeni komandasındakı ilk oyununda qol sevinci yaşayıb.

Futbolinfo.az xəbər verir ki, Malayziya Kubokunun 1/8 final mərhələsinin ilk oyununda “Yohor Darul Tazim” səfərdə “Damansara” komandasının qonağı olub. Qarşılaşma qonaqların 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Əsas heyətdə yer alan Dani Bolt 29-cu komandasının ikinci qolunun müəıllifi olub.

Xatırladaq ki, 27 yaşlı sağ cinah oyunçusu “Qarabağ”a 2025-ci ildə Portuqaliyanın “Torrense” klubundan transfer olunmuşdu. Ağdam təmsilçisi avqustun 29-da futbolçu ilə yollarını ayırıb.

Shares: