Premyer-liqa
Saşa Stamenkoviç: “Rəvan”la görüşdə oyuna nəzarət bizim əlimizdə idi
“Neftçi”nin qapıçısı Saşa Stamenkovi&cce…
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilmiş “Rəvan”la oyunu şərh edib. Futbolinfo.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Oyun gərgin keçdi. İlk qolu da rəqib komanda vurdu. Amma bütövlükdə oyuna nəzarət bizim əlimizdə idi. Bu üzdən də iki qol vuraraq əzmkar və layiqli qələbə qazandıq. Buna görə çox sevinirəm”.