Ölkə futbolu
"Qarabağ"dan 2 cavabsız qol
2014-2015 mövsümünün ikinci yarısına hazırlıq …
2014-2015 mövsümünün ikinci yarısına hazırlıq məqsədi ilə Türkiyənin Antalya şəhərində toplanışda olan “Qarabağ” çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi toplanış çərçivəsində dördüncü yoxlama matçını keçirib.
Qurban Qurbanovun komandası Polşanın “Legiya” klubu ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ilk yoxlama matçında Xorvatiyanın “RNK Split” klubuna 1:3 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 2-ci matçda İsveçrə “Sürix”i ilə 1:1 bərabərə qalmışdı. Ağdamlılar üçüncü oyunda isə Bolqarıstan təmsilçisi “Levski”yə (Sofiya) 0:3 hesabı ilə uduzmuşdu.
Yoxlama oyunu
27 yanvar
“Qarabağ” – “Legiya” – 2:0
QOL: Reynaldo, 67, Tağıyev, 82
Yoxlama oyunu
27 yanvar
“Qarabağ” – “Legiya” – 2:0
QOL: Reynaldo, 67, Tağıyev, 82