Ölkə futbolu
"Sumqayıt"da biri getdi, biri qaldı
"Sumqayıt" klubu qış "transfer pəncərəsi"nd?…
"Sumqayıt" klubu qış "transfer pəncərəsi"ndə növbəti futbolçunu heyətinə qatıb. Futbolinfo.az xəbər verir ki, "kimyaçılar"ın sabiq üzvü Pərdis Fərcad-Azadla 1,5 illik müqavilə imzalayıb.
Pərdis komandada 17 nömrəli formanı geyinəcək. Yeni müqavilə ilə bağlı 26 yaşlı futbolçu klubun rəsmi saytına açıqlama verib:
"Bildiyiniz kimi, dizimdəki zədə ilə bağlı ağır əməliyyat keçirməli olmuşdum. Artıq 6 aylıq dövr arxada qalıb. Özümü əla hiss edirəm. 2 həftədir ki, "Sumqayıt"la hazırlaşıram. Bu gün isə yeni müqavilə imzalamışam. Özümü çempionata tam hazır sayıram".
Qeyd edək ki, Pərdis Fərcad-Azad 2013/2014 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 24 qarşılaşmada 1874 dəqiqə meydanda olub və 6 qola imza atıb. Bundan əlavə, Premyer Liqa təmsilçisi Kiyan Sultanpurla qarşılıqlı şəkildə anlaşaraq, rəsmən yollarını ayırıb. Fars əsilli futbolçu karyerasını Almaniyanı aşağı liqa klubu "Viktoriya"da davam etdirəcək.