Ölkə futbolu
"Simurq"a "qardaş" hədiyyəsi
"Simurq" klubu transfer çalışmalarını davam etdir…
"Simurq" klubu transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, "sarı-qaralar" bu gün daha bir futbolçu ilə müqavilə imzalayıb.
Zaqatala təmsilçisi "İnter"dən icarə əsasında Mirzəağa Hüseynpuru heyətinə qatıb. Mövsümün sonuna qədər "Simurq"un uğurları üçün çalışacaq yarımmüdafiəçi, 9 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, klub transfer çalışmalarını dayandırmayıb və yaxın günlərdə daha bir neçə futbolçunun keçidi rəsmiləşdiriləcək.
(Klub saytı)