Dünya futbolu
"Çelsi"nin 32 milyonluq təklifi rədd edildi
Donetsk "Şaxtyor”unun rəhbərliyi Duqlas Kosta ü&cce…
Donetsk "Şaxtyor”unun rəhbərliyi Duqlas Kosta üçün "Çelsi"dən transfer təklifi alıb. Futbolinfo.az xəbər verir ki, London klubunun braziliyalı futbolçuya görə 32 milyon avro ödəməyə hazır olsa da, qarşı tərəf buna razı olmayıb.
Donetsk klubu Duqlası ən azı 45 milyon avroya satacaqlarını bildirib.
Ukraynada siyasi vəziyyətin sabit olmaması "Şaxtyor”un braziliyalı oyunçularını narahat edir. Bir müddət əvvəl Bernardın klubun düşərgəsinə gəlməkdə yubanması bir sıra söz-söhbətlərə səbəb olmuşdu. Kosta da rəqabətə baxmayaraq, "Çelsi"də çıxış etməyin arzusunda olduğunu bildirmişdi.