Bizi izləyin

Ölkə futbolu

4 pillə uğrunda 5 namizədin yarışı

Topaz Premyer Liqasında qış fasiləsi bitir. Bundan sonra cari &cce…

blank
Topaz Premyer Liqasında qış fasiləsi bitir. Bundan sonra cari çempionatda kimin nəyə qadir olduğuna şahidlik edəcəyik. Maddi problemlər içində boğulan “Bakı” istisna olmaqla, elitada çıxış edən digər klublarımızın heyətini gücləndirmək, öz oyunlarına əl gəzdirmək baxımından kifayət qədər vaxtları oldu. Buna görə çempionatın gedişində hansısa bir klubun uğursuz çıxışına görə bəhanəsi qəbul edilməyəcək.
Düzdü, “Bakı”nın bəlli vəziyyəti, “Xəzər Lənkəran”ın gənc və təcrübəsiz futbolçulara tapşırılması, yarışın ortasında “Araz Naxçıvan”ın çempionatdan çəkilməsi və bundan başqa “Sumqayıt” və AZAL-ın turnir cədvəlindəki öz taleyi ilə barışması 2014/2015 mövsümünün irəlidə olan 18 turunun bir qədər maraqsız və mübarizəsiz keçməsinə işarə verir. Elə “Qarabağ” rəhbərliyi bəlkə də bütün sadaladığımız amilləri düşünərək, hazırda lideri olduğu yarışı sonuna qədər birincə yerdə bitirəcəyinə əmin olduğu üçün heyətini gücləndirmək baxımından hər hansı bir addım atmadı. 
Maraqlıdı ki, ağdamlılar komandadan ayrılan İnnosent Emeqaraya da əvəzləyici tapmaq istəmədi. Əvəzində isə Qurban Qurbanov təlim-məşq toplanışı müddətində Namiq Ələsgərovu daha çox ön plana çəkdi. Buna görə 3-cü dövrədə gənc hücumçunu tez-tez əsas heyətə görə bilərik. Bundan sonra elitada ciddi rəqabətin gözlənilməməsinə görə “Qarabağ”ın yeni transferə ehtiyac duymamasını başa düşülən olsa da, ağdamlıların avrokuboklara gedəcək komandalarımızdan biri kimi onun yay üçün tədarükünü indidən görməyə əsas verirdi. Nəzərə alaq ki, Qurbanovun komandasının yayda bu baxımdan çətinlik çəkəcəyi istisna deyil. Çünki gələn transfer dönəmində heyətə cəlb olunacaq yeni futbolçuların adaptasiyası üçün bir qədər vaxt lazım olacaq ki, bu da avrokuboklarda “Qarabağ”ın işini istər-istəməz çətinə salacaq. 
Qış fasiləsindən maksimum istifadə edən klublardan birinin “İnter” olduğunu desək, yanılmarıq. Heyətini Ruben Sxaken, Yussef Fenniç və Əfran İsmayılov kimi təcrübəli futbolçularla gücləndirən “bankirlər”in 3-cü dövrədə lider “Qarabağ”ı tez-tez narahat edəcəyini asanlıqla söyləmək olar. Yoxlama matçı hər nə qədər önəm daşımasa da, Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komandanın Türkiyə Superliqa təmsilçisi “Kasımpaşa” ilə sınaq oyununda əla təsir bağışlaması bunu deməyə əsas verir. Hazırlıq prosesində Məhəmməd Mirzəbəyovun, Elvin Məmmədov və Kərim Diniyevin öz oyunlarında artırması da “İnter”in uğura gedən yolunu təmizləməyə kömək edəcək. 
Rauf Əliyev və Aqil Məmmədovun ardınca Rəhman Hacıyevi sıralarına qatan “Neftçi”nin də çempionluq uğrunda ciddi mübarizəyə qşulacağı gözlənilir. Çünki statistikaya nəzər yetirəndə bakılıların əsas gücünü çempionatın ikinci yarısında ortaya qoyduğunun şahidi olarıq. Ancaq onu da nəzərə almaq lazımdı ki, Elnur Allahverdiyevin  komandadan qovulmasından sonra sol cinahda olan boşluq hələ də qalmaqdadı. Flaqmanın çalışdırıcısı Arif Əsədov hazırlıq müddətində bu problemi Məqsəd İsayevi sola, Kaue Silvanı da sağ cinaha çəkməklə aradan qaldırmaq istəsə də, bu addımın nə qədər uğurlu olacağı isə bir qədər şübhəlidi. İsayev tədricən təcrübəsini çoxaltsa da, onun sol cinahda, tərs ayaqda büdrəməyəcəyi istisna deyil. Görünür, “Neftçi” rəhbərliyi də hazırkı heyətin çempionatda uğur qazanmaq üçün yetərli olduğunu düşünür. 
Yarandığı gündən qızıl medalın nə olduğunu bilməyən “Qəbələ” qış fasiləsində Ukrayna “Çernomrets”inə lazım olmayan futbolçulara qucaq açdı. Roman Qriqorçukun sifarişi ilə edilən təcrübəli futbolçuların transferlərini nəzərə alsaq, “qırmızı-qaralar”ın 3-cü dövrədə daha da iddialı olması gözlənilir. Amma bu heç də asan olmayacaq. Komandanın yarımmüdafiə xəttinin gücləndirilməsi bunu deməyə əsas versə də, müdafiədə olan boşluqlar, xüsusən də Ruslan Tağızadə kimi futbolçularla uğur qazanmağın asan olmayacağı anlamına gəlir. Bundan başqa Dorinel Muntyanunun komandandan qovulmasından sonra onun xələfi Qriqorçukun “Qəbələ”yə yeni imic qazandıracağı gözlənilir. Nəzərə alaq ki, cari çempionatdakı rəqabətsizlik də onun işini asanlaşdıran amillərdən olacaq və bunun nəticəsində avrokuboklara gedəcək klublarımızdan birinin “qırmızı-qaralar”ın olacağı istisna deyil.
Komandaların hazırlıq proseslərinə nəzər yetirəndən sonra belə nəticəyə gəlmək olar ki,  3-cü dövrədənin gedişində ən maraqlı mübarizə “Qəbələ” və  “Simurq” arasında olacaq. Amma bu sona qədər davam etməyə bilər. Çünki təlim-məşq toplanışını müddətində bir qədər sakit duran zaqatalalıların son anda güclü transferlərlə sükutu pozacağı inandırıcı deyil. “Xəzər Lənkəran”a lazım olmayan Elnur Abdullayev, “İnter”in imtina etdiyi Mirzağa Hüseynpur və vaxtı ilə İspaniya çempionatında top qovmuş Melli ilə mükafatçılar sırasında düşmək inandırıcı görünmür. Hər halda “Simurq”un qış fasiləsindən necə yararlandığını, iddialı olub-olmadığı, yoxsa həqiqətən də “İnter”ə kömək üçün fəaliyyət göstərib-gəstərmədiyini elitanın gedişində şahidlik edəcəyik. Hər halda “Simurq”un əvvəlki illərdən fərqli olaraq cari çempionatda nəsə yenilik edəcəyi inandırıcı görünmür. 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Dünya futbolu2024-04-23 13:01

Martines 2029-cu ilədək “İnter”də qalacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm