Ölkə futbolu
Qriqorçuk: “Avropa Liqasına düşmək üçün…”
Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdir?…
Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Qəbələ” sonuncu yoxlama oyununda Türkmənistanın “Altın Asır” klubu ilə (3:3) qarşılaşıb. Asiya təmsilçisi ilə görüşdən sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk hazırlıq prosesi və yoxlama oyunu haqda fikirlərini bölüşüb:
“Sonuncu yoxlama oyunumuzun ssenarisi bizim üçün bir az uğursuz oldu. Oyunun ilk hissəsində xeyli qol imkanlarını qaçırdığımızdan, matç başqa məcrada davam etdi. Nəticədə çətin vəziyyətə, hesabda iki top geriyə düşdük. Komandamın məhz belə durumda özünü necə göstərməsi mənə maraqlı idi. Hesabdakı geriliyi aradan qaldıra bilməyimiz xarakterin olduğunu göstərir. Bu isə çox vacib amildi. Fasilədən sonra rəqibi tam üstələdik. Futbolçuların ikinci hissədə əzmkarlıq göstərmələri nəticəsində məğlubiyyətdən qaça bildik. Məhz ikinci hissəyə əsasən məndə yaxşı təəssürat qaldı”.
Ukraynalı mütəxəssis mövsümün ikinci yarısında “qırmızı-qaralar”ın qarşısında duran məqsəd haqda da danışıb: “Biz indidən heç nəyi proqnozlaşdıra bilmərik. Qarşımızdakı çətin vəzifə avrokuboklara vəsiqə qazanmaqdı. Bunun üçünsə turnir cədvəlində irəliləməliyik. Avropa Liqasına düşmək üçün 10 xallıq fərqi aradan qaldırmalıyıq. Bu isə heç də asan iş deyil. Ancaq qarşımıza qoyduğumuz bu çətin vəzifəni həll etməliyik”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…