Ölkə futbolu
Hücumçumuz 46 dəqiqə oynadı
Türkiyə kubokunun qrup mərhələsi çərçivəsind?…
Türkiyə kubokunun qrup mərhələsi çərçivəsində 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Manisaspor” da növbəti matçına çıxıb.
PTT 1-ci Liqa təmsilçisi doğma meydanda Superliqa klubu “Akhisar BB” ilə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Start heyətdə meydana çıxan Subaşiç 46 dəqiqə meydanda qalsa da, heç nə ilə fərqlənə bilməyib.
Qeyd edək ki, “Manisaspor” 5 oyundan topladığı 4 xalla B qrupunda sonuncu pillədə qərarlaşıb.