Dünya futbolu
İngilislər Blatterə üz çevirdi
İngiltərə Futbol Asossassiyası (FA) qarşıdakı FİFA prezident s…
İngiltərə Futbol Asossassiyası (FA) qarşıdakı FİFA prezident seçkilərində qurumun hazırkı rəhbəri Yozef Blatterin postunda qalmasına tərəfdar deyil. Futbolinfo.az xəbər verir ki, FA İordaniyalı şahzadə Əli bin Əl-Hüseyni dəstəkləyəcəyini elan edib.
Əksinə Afrika ölkələri isə Blatteri dəstəkləyib. Qana Futbol Assosassiyasının prezidenti Kvesi Nyantakyi FIFA-nın növbəti prezident seçkilərində Afrika ölkələrinin Blatteri dəstəkləyəcəyini bildirib. Kvesi Blatterin Afrika üçün çox işlər gördüyünü deyib: "Afrika, demək olar ki, yekdilliklə Blatteri dəstəkləyir. O, qitədə çox populyardı və çox işlər görüb. Bu insan Afrika üçün maliyyə proqramının yaradıcısıdı. Avropalılar bunu başa düşməz".
Qeyd edək ki, Blatter 1998-ci ildən FIFA prezidenti kimi çalışır. 39 yaşlı ərəb futbol funksioneri Əl-Hüseyni isə FİFA-nın vitse-prezidenti, İordaniya Futbol Federasiyasının isə prezidentidi.