Ölkə futbolu
Ropotan: "Muntyanunun gedişindən sonra…"
“Qəbələ” ilə yollarını ayırması gündəmdə ol…
“Qəbələ” ilə yollarını ayırması gündəmdə olan rumıniyalı futbolçu Adrian Ropotan gələcək karyerası ilə bağlı fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan 28 yaşlı futbolçu bu sözləri deyib:
“Muntyanunun gedişindən sonra komandada bir çox dəyişikliklər baş verdi. Komandaya yeni futbolçular və yeni baş məşqçi gətirildi. Ölkəmdən kənarda yaşamaq çətindi. Evində oturub, gələcək qurmaq çətindi. Xaricə gedib, çalışıb, istəyinə çatmaq daha yaxşıdı”.
Qeyd edək ki, Ropotan ötən ilin iyunundan “Qəbələ”nin formasını geyinir.