Dünya futbolu
FİFA prezidentliyinə daha bir namizəd
Portuqaliya futbolunun canlı əfsanəsi Luiş Fiqu FİFA prezidentliy…
Portuqaliya futbolunun canlı əfsanəsi Luiş Fiqu FİFA prezidentliyinə namizədliyini irəli sürəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə veteran futbolçu açıqlamasında deyib:
“Mən futbola görə narahat oluram. Son illər FİFA-nın imici çox aşağı düşüb. Sonuncu dünya çempionatı zamanı Braziliyada idim və azarkeşlərin reaksiyalarını gördüm. Ali futbol qurumuna olan münasibəti dəyişmək lazımdı. Bunun üçün isə ilk növbədə, rəhbərlik dəyişilməlidi. Fikrimcə, namizədliyimi irəli sürmək üçün ən uyğun vaxtdı. Məni bu qərarı qəbul etməyimə nə təhrik etdi? DÇ-2022-nin Qətərə verilməsi ilə bağlı hesabat dərc edilmədi. Əgər heç nəyi gizlətmirlərsə, bunu niyə ictimaiyyətə açıqlamadılar? Onda mən düşündüm ki, dəyişikliyin vaxtı çatıb”.
Onunla yanaşı, hazırki prezident Yozef Blatter, İordaniya kralı Əli Bin Əl-Hüseyn, Fransa millisinin sabiq futbolçusu David Jinola, FİFA-nın keçmiş baş katibi Jerom Şampan və hollandiyalı Maykl van Praq da FİFA prezidenti olmaq uğrunda mübarizə aparacaqlar. Seçkilər bu il mayın 29-da keçiriləcək.