Dünya futbolu
Mourinyo cəzalandırıldı
İngiltərə Futbol Assosiasiyası "Çelsi"nin baş m?…
İngiltərə Futbol Assosiasiyası "Çelsi"nin baş məşqçisi Joze Mourinyonu cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis 25 min funt- sterlinq məbləğində cərimələnib.
Buna səbəb London klubunun "Sauthempton"la 1:1 bərabərə qaldığı qarşılaşmadan sonra hakimləri sərt şəkildə tənqid etməsi olub. Sözügedən qarşılaşmada portuqaliyalı mütəxəssisi özündən çıxaran əsas məqam isə Sesk Fabreqasın rəqib komandanın cərimə meydançasında dayandırılmasına baxmayaraq, onun özünə sarı vərəqə göstərilməsidi.