Ölkə futbolu
"Qarabağ"dan qolsuz sınaq
2014-2015 mövsümünün ikinci yarısına hazırlıq …
2014-2015 mövsümünün ikinci yarısına hazırlıq məqsədi ilə Türkiyənin Antalya şəhərində toplanışda olan “Qarabağ” çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi toplanış çərçivəsində 5-ci yoxlama matçını keçirib.
Qurban Qurbanovun komandası "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı Rusiyanın “Mordoviya” klubu ilə üz-üzə gəlib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, ilk yoxlama matçında Xorvatiyanın “RNK Split” klubuna 1:3 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 2-ci matçda İsveçrə “Sürix”i ilə 1:1 bərabərə qalmışdı. Ağdamlılar üçüncü oyunda isə Bolqarıstan təmsilçisi “Levski”yə (Sofiya) 0:3 hesabı ilə uduzmuşdu. "Atlılar" son matçda isə Polşa "Legiya"sını 2:0 hesabı ilə məğlub edib.