Dünya futbolu
Beyl: "Özümü MY futbolçusu kimi təsəvvür etmirəm"
Madrid “Real”ının ulduz futbolçusu Qaret Beyl son…
Madrid “Real”ının ulduz futbolçusu Qaret Beyl son günlər haqqında yayılan transfer iddialarına münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, uelsli yarımmüdafiəçi adının “Mançester Yunayted”lə hallanmasını belə şərh edib:
"Özümü "Mançester Yunayted"in futbolçusu kimi təsəvvür etmirəm. Müsahibələrimin birində özümü "Real"da çox xoşbəxt hiss etdiyimi bildirdim. "Real"la uzun müddətli müqaviləm var və klubda işlərim yaxşı gedir. Ötən mövsüm kuboklar qazandım və bu uğuru davam etdirmək istəyirəm".
Qeyd edək ki, Beyl 2013-cü ildə 91 milyon avro qarşılığında "Tottenhem"dən Madrid klubuna keçib.