Ölkə futbolu
"Xəzər Lənkəran"da 2-si qayıtdı
Premyer Liqanın XIX turu çərçivəsində “Simurq&…
Premyer Liqanın XIX turu çərçivəsində “Simurq”la səfərdə üz-üzə gələcək “Xəzər Lənkəran” istirahətini yekunlaşdıraraq, məşqlərə başlayıb. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" bu gün səhər saat 11:00-da Bakıda bir araya gəlib.
Saat 14:00-da isə komanda tam heyətlə “Bayıl Arena” stadionunda məşqə çıxıb. Saatyarım davam edən hazırlıq prosesi toplu çalışmalardan ibarət olub. Zədəsini qismən sağaldan Rasim Ramaldanov və İlqar Ələkbərov komandaya qoşulsalar da, kənarda məşq ediblər. Hər iki futbolçu yüngül qaçış və fiziki hazırlıq üzrə baş məşqçinin köməkçisi Covanni Melkiorenin tapşırıqlarına uyğun müxtəlif hərəkətləri yetirməklə kifayətləniblər.
Qeyd edək ki, “Xəzər Lənkəran” sabah eyni vaxtda və eyni məkanda növbəti məşqini keçirəcək.
(12cioyuncu.info)