Dünya futbolu
21-ci əsrdə ən çox het-trik edən futbolçular
Portuqaliyalı hücumçu Kristiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqu 5:0 hesabıyla məğlub etdikləri oyunda het-trik edib.
Futbolinfo.az xəbər verir ki, bununla da 36 yaşlı hücumçu 21-ci əsrdə ən çox het-trik edən futbolçuya çevrilib. Ronaldo 58 dəfə meydanı 3 qolla tərk edib.
Ronaldodan sonra bu göstəricidə ikinci yerin sahibi Lionel Messidir. Argentinalı hücumçu 55 dəfə het-trik edib.
21-ci əsrdə ən çox het-trik edən futbolçular bunlardır:
Kristiano Ronaldo – 58 het-trik
Lionel Messi – 55
Luis Suares – 29
Robert Levandovski – 26
Neymar – 20
Mario Qomes – 18
Klas-Yan Huntelaar – 18
Serxio Aquero – 18
Zlatan İbrahimoviç – 17
Harri Keyn – 15
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”