Dünya futbolu
MY-dən almaniyalı üçün 50 milyon
İngiltərənin “Mançester Yunayted” klubu müd…
İngiltərənin “Mançester Yunayted” klubu müdafiəçi axtarışlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “qırmızı şeytanlar”ın hədəfində olan əsas futbolçu Dortmund “Borrusiya”sının üzvü Mats Hummelsdi.
İngiltərə klubunun Hummels üçün almanlar 50 milyon avroluq təklif göndərəcəyi bildirilir. Əgər razılıq əldə olunarsa, 26 yaşlı alman futbolçu gələn mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək.
Qeyd edək ki, Hummels ötən yay Brazilyada keçirilən Dünya Çempionatıda Almaniya yığmasının heyətində çempion olmuşdu.