Dünya futbolu
Balayevin rəqibi komandadan göndərildi
“Ayntraxt”ın (Frankfurt) təcrübəli qapıçı…
“Ayntraxt”ın (Frankfurt) təcrübəli qapıçısı Timo Hildebrand komandadan göndərilib. Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb.
Mənbədə qeyd olunur ki, komandanın baş məşqçisi Tomas Şaaf artıq 35 yaşlı qolkiperə ehtiyac duymadığını bildirib. Mövsüm sonuna qədər klubda qalacağı gözlənilən Hildebrandın getməyinə digər səbəb isə 2-ci qapıçı Feliks Vaydveldin yenidən komandanın sıralarına cəlb olunmasıdı.
Qeyd edək ki, təcrübəli çalışdırıcı Frankfurt təmsilçisinin qapısını Kevin Trappa tapşıracaq. İkinci Vaydveld və üçüncü qapıçı isə qış transfer dönəmində “Neftçi”dən “Ayntraxt”a keçən Emil Balayev olacaq.