Ölkə futbolu
Abışov bir daha Kazana qayıtmayacaq
Müqavilə ilə Rusiya “Rubin”inə məxsus olan Ruslan…
Müqavilə ilə Rusiya “Rubin”inə məxsus olan Ruslan Abışov klubu ilə sözləşməni ləğv edir. Futbolinfo.az xəbər verir ki, bu məsələnin gün ərzində müsbət həllini tapacağı gözlənilir.
Abışov ötən 6 ayda icarə əsasında çıxış etdiyi “Qəbələ”yə keçəcək. Hazırda əyalət təmsilçisinin heyətində məşq edən millimizin üzvü “Rubin”lə müqaviləni pozacağı halda azad agent kimi “Qəbələ” ilə yenidən 6 aylıq müqavilə imzalayacaq. Bunu saytımıza verdiyi açıqlamada “qırmızı-qaralar”ın baş meneceri Zaur Əzizov da təsdiqləyib.
Qeyd edək ki, Abışov 2013-ci ilin fevralında "Xəzər Lənkəran"dan Kazan təmsilçisinə keçmişdi. O, Rusiya klubu ilə 2.5 illik müqavilə bağlamışdı.