Dünya futbolu
Arda Turana cəza verilmədi
İspaniya kubokunun 1/4 finalında “Barselona”ya qarşı c…
İspaniya kubokunun 1/4 finalında “Barselona”ya qarşı cavab matçında butsunu hakimə atdığı iddia edilən “Atletiko”nun futbolçusu Arda Turan cəzalandırılmayıb. Futbolinfo.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi türkiyəli yarımmüdafiəçini cəzalandırmaya ehtiyac duymayıb.
Matçın hakimi Xesus Qil Manzanonun protokolunda Turanın qarşılaşmanın 48-ci dəqiqəsində butsunu yan xatt həkiminə yox, meydanın kənarına atdığı qeyd edib. Buna görə də qurum oyunçuya cəza tətbiq etməyib.