Dünya futbolu
Osvaldonun yeni ünvanı “Yuventus” olacaq
“İnter”in hücumçusu Pablo Osvaldo karyerasını “Yuventus”…
“İnter”in hücumçusu Pablo Osvaldo karyerasını “Yuventus”da davam etdirmək niyyətindədi. Futbolinfo.az xəbər verir ki, transfer hüququ “Sauthhempton”a məxsus olan 29 yaşlı futbolçu artıq “Kalyari”, “Torino”, “Milan” və KPR-in təklifini rədd edib.
“Qoca Sinyora” da Osvaldonun transferi barədə müsbət düşünür. İtaliyalı forvard “İnter”də çıxdığı 12 oyunda 5 qol vurub və 2 asist edib.
Qeyd edək ki, Milan klubu futbolçunun komandanın baş məşqçisi Roberto Mançini ilə yaşanan konfliktinə görə, onunla yollarını ayırmaq istəyir.