Ölkə futbolu
İmamverdiyev oynadı, komandası daramadağın oldu
Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçiril…
Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" da növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma arenada "Osmanlıspor"la üz-üzə gəlib. Oyun ev sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Matça start heyətdə çıxan yarımmüdafiəçimiz sona qədər mübarizə aparıb.
Qeyd edək ki, "Elazığspor" hazırda 23 xalla 10-cu yerdə qərarlaşıb.