Dünya futbolu
"Mançester Yunayted"də ciddi itki
Mövsümün əvvəlindən bu yana bir çox aparıcı…
Mövsümün əvvəlindən bu yana bir çox aparıcı futbolçusunu itirən "Mançester Yunayted"in daha bir oyunçusu sıradan çıxıb. Futbolinfo.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Lui Van Qal məlumat verib.
Təcrübəli mütəxəssis bildirib ki, komandasının əsas oyunçularından olan Maykl Kerrik 4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Uzun müddət zədədən əziyyət çəkməsinə baxmayaraq, mövsümə yaxşı başlayan, Mançester klubunun qələbələrində böyük pay sahibi olan Kerrik "Vest Hem" və "Suonsi" görüşləri başda olmaqla qarşıdakı 6 oyunda komandasına kömək edə bilməyəcək.