Dünya futbolu
Emeqara arzusuna çatdı
“Qarabağ”la yollarını ayıran isveçrəli h&uum…
“Qarabağ”la yollarını ayıran isveçrəli hücumçu İnnosent Emeqara özünə yeni klub tapıb. Futbolinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu karyerasını ABŞ çempionatında davam etdirəcək.
Təcrübəli forvard "San-Xose Örskveyks" klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, İsveçrə millisinin sabiq forvardı ötən ilin oktyabrında “Qarabağ”a keçmişdi. Lakin Emeqara ailəsindən uzaq qalmamaq üçün Ağdam klubundan ayrılaraq, ölkəsinə yollanmışdı. O, bir müddət öncə Almaniya Bundesliqası təmsilçisi "Hamburq"un düşərgəsində baxışda olsa da, bəyənilməmişdi.